AZ

Karlo Ançelotti “Real”ın ünvanına tənqidləri cavabladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın ünvanına yönəlmiş tənqid selinə öz münasibətini açıqlayıb.

Arena.az xatırladır ki, İspaniya nəhənginin UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Lill”ə gözlənilməz səfər məğlubiyyəti (0:1) tənqidçilərin öz “tənqid kisələri”ni açması ilə nəticələnib:

“Bu tənqidçilər? Hər kəs istədiyini düşünə bilər. Çərşənbə günü baş vermişləri nəzərə alsaq, bu bir fəsad deyil. Bəzən elə məqamlar yaranır ki, əlaqəni yenidən bərpa etmək, bunu mümkün qədər tez yerinə yetirmək gərək olur. Bəzən uğurlu yürüş səni məğlubedilməz olduğunu düşünməyə sövq edir, amma bir məğlubiyyət isə səni gerçəkliyə qaytarır”, – Karlo Ançelotti bildirib.

Xatırladaq ki, “Real” növbəti oyununu İspaniya La Liqasının 9-cu turu çərçivəsində evdə “Vilyarreal”a qarşı keçirəcək. Oktyabrın 5-nə nəzərdə tutulmuş oyunu hakim Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
12
arena.az

1Mənbələr