AZ

Ançelotti: “Mbappe “Real”da öz tarixini yazacaq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin uğurları ilə bağlı fikrini bildirib.

Arena.az “Madrid Universal” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis heç də özünə bənzəməyən və düşük idman formasında olan fransalı ulduza böyük mənəvi dəstək olacaq qısa çıxışı ilə diqqət çəkib:

“Burada olan böyük oyunçular həmişə uğura müvəffəq olublar. Mbappe öz şəxsi tarixini yazacaq”, deyə Ançelotti qətiyyətlə bildirib.

Xatırladaq ki, Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
2
3
arena.az

4Mənbələr