AZ

Premyer Liqa: “Neftçi” xala həsrət “Kəpəz”ə də uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turuna start verilib.

Arena.az xəbər verir ki, birinci dövrənin sonuncu turunun ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında mövsümə uğursuz başlamış iki komanda – “Kəpəz”lə “Neftçi” qarşılaşacaq. Sözügedən komandalar Tovuz şəhər stadionunda üz-üzə gəliblər.

“Kəpəz” bu oyunda Premyer Liqanın cari mövsümündə ilk xalını, “Neftçi” isə ilk qələbəsini qazanmağa çalışıb. Əvvəlki oyunlarının hamısında uduzmuş Gəncə təmsilçisi xalsız idi və sonuncu pillədə qərarlaşmışdı. Qələbəyə həsrət qalmış “Neftçi” isə 5 heç-heçəsi sayəsində topladığı 5 xalla 8-ci sıradaydı.

Autsayderlərin duelində qapılara bütövlükdə 7 qol vurulub. 90 dəqiqənin tamamında sevinən tərəf “Kəpəz” olub. Bununla da Gəncə klubu həm xal, həm də qələbə həsrətinə bir oyunda son qoymuş olub. Çempionatın aşkar autsayderinə də uduzan “Neftçi”də isə böhran bitmək bilmir. Hazırda Premyer Liqamızın cari mövsümünün qələbəyə həsrət yeganə komandası məhz “Neftçi”dir.

Qeyd edək ki, 9-cu turun qalan oyunları oktyabrın 5-də və 6-da keçiriləcək. “Səbail” – “Şamaxı” və “Sabah” – “Araz-Naxçıvan” oyunları şənbə, “Turan Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” görüşləri isə bazar gününə təsadüf edəcək.

Premyer Liqa
9-cu tur
4 oktyabr

“Kəpəz” – “Neftçi” 4:3
Qollar: Orxan Əliyev, 24; 32. Mahamadu Ba, 41. Viktor Braqa, 48 – Ervin Koffi, 4. Ramil Şeydayev, 31. Ağadadaş Salyanski, 90+5.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu, 17:00.

Kəpəz: 1. Rojerio Santos, 11. Orxan Əliyev, 12. Turan Manafov, 70. Nicat Suleymanov, 5. Rauf Hüseynli, 26. Valdemra Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 15. Cavad Kərimov, 28. Redon Mihana, 10. Kərim Lkuça, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 7. Azər Əliyev, 90. Ramil Şeydayev (k), 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 22. Dembo Darbo.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin. 77. Yeqor Boqomolski.
Baş məşqçi: Roman Qriqorçuk.

Seçilən
5
1
arena.az

10Mənbələr