AZ

Ramos karyerasını “Yuventus”da davam etdirə bilər


İspan müdafiəçi Serxio Ramos karyerasını “Yuventus”da davam etdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
Bildirilir ki, “Yuventus” çarpaz bağ zədəsi səbəbindən uzun müddətdir sıradan çıxmış braziliyalı Qleison Bremerə əvəzləyici axtarır. Klubun rəhbərliyi hesab edir ki, “Real Madrid”in keçmiş kapitanı hazırkı vəziyyətdə Tiaqo Mottanın komandasını gücləndirməyə qadirdir.
Xatırladaq ki, 38 yaşlı Ramos 2023-cü ilin yayında azad agent kimi “Sevilya”ya qayıdıb. Ötən mövsüm müdafiəçi heyətdə bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib. Yay mövsümündə futbolçunun komanda ilə müqaviləsi başa çatıb. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 2,5 milyon avrodur.
İspaniya millisinin sabiq futbolçusu bundan əvvəl “Real Madrid” və “Paris Saint-Germain” (PSJ) klublarında da çıxış edib.
Seçilən
8
yeniavaz.com

1Mənbələr