AZ

Yaşıllıqları kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir

Bakı. Trend:

Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqlarıkəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir.

Trend xəbər verir ki, bu,Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ağacların, kolların və ya digər yaşıllıqların,eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digəryaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyanvurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki mislimiqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üçilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətəmüəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmahüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətəazadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qüvvədə olan qanuna əsasən, meşələrdə və ya xüsusi mühafizəolunan təbiət ərazilərində ağacların, kolların və ya digəryaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların,kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi)xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadəkmiqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya ikiilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətəmüəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmahüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətəazadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər:

-təkrar törədildikdə;

-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklətörədildikdə;

-külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsindəvurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və yaiki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üçilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildənbeş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan qanuna əsasən, yuxarıda qeyd edilən əməllər yeddimin manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildənbeş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədəkmüddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmahüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədəkmüddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs vəya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsindəvurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və yaiki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üçilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildənaltı ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.

Qüvvədə olan qanuna əsasən, nəzərdə tutulmuş əməllər qabaqcadanəlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindəntörədildikdə doqquz min manatdan on bir min manatadək miqdardacərimə və ya iki ildən beş ilədək müddətə azadlığınməhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma vəya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə vəya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etməilə cəzalandırılır.

Yuxarıda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyanvurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üçmislindən dörd mislinədək miqdarda cərimə və ya üç ilədək müddətəmüəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmahüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddiilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bu müddəalar kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəedilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusimülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlarınkəsilməsi (götürülməsi)hallarına şamil edilməyəcək. Bu “xeylimiqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdanartıq olmayan məbləğ, “külli miqdar” dedikdə iyirmi min manatdanyuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “xüsusiləkülli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başadüşüləcək.

Seçilən
2
28
az.trend.az

10Mənbələr