AZ

"Azərbaycanın AŞPA-dakı debatlarda iştirak etməməsi təəssüf doğurur"

Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı debatlarda iştirak etməməsi təəssüf doğurur. Azərbaycanlı həmkarlarımız burada olmalı və öz fikirlərini ifadə etməli idilər. Onlar olmadığı üçün debat maraqlı deyildi. Mən Azərbaycan nümayəndə heyətinin yenidən AŞPA-ya qayıtmasını istəyirəm.

 

Modern.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Böyük Britaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kristofer Çop söyləyib.

 

“İstərdim ki, AŞPA əsl demokratiya və dialoq evi olsun. Demokratiya və dialoq bütün üzv dövlətlərin iştirakını tələb edir. Buna görə də Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıdacağına ümid edirəm”, - deyə britaniyalı parlamentari vurğulayıb.

 

Bildirilib ki, Azərbaycan xalqı parlamentə yeni nümayəndələrini seçib və AŞPA xalqın bu seçimi ilə barışmalı, onu tanımalıdır. “Biz yeni parlamentarilərlə işləyə bilərik. Beynəlxalq birliyin dövlətləri arasında da fikir ayrılıqları mövcuddur. Fikir ayrılığı o demək deyil ki, dialoq və müzakirələr davam etməməlidir və ya təcridə yol verilməlidir”,- deyə K. Çop qeyd edib.

Seçilən
0
2
modern.az

3Mənbələr