AZ

“Zelenskinin ofisi Budanov, Sırski və Umerovun işindən razı deyil” – “Forbes”


Ukrayna prezidentinin ofisi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin və Müdafiə naziri Rüstəm Umerovun işindən razı deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Forbes”in Ukrayna versiyası mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Budanovun işdən çıxarılması azı bir aydır müzakirə olunur.
Bildirilir ki, onun prezident aparatının rəhbəri Andrey Ermak və ali baş komandan Sırski ilə gərgin münasibətləri var. Prezident Volodimir Zelenski Baş Kəşfiyyat İdarəsinin bəzi əməliyyatlarından razı deyil və bütövlükdə ofis hərbi kəşfiyyat rəhbərinin mediada olmasından qıcıqlanır. Yekun qərar hələ verilməsə də, o, yaxın aylarda işdən çıxarıla bilər.
Zelenskinin ofisi də Budanovun departamentinin dronların istehsalı kimi bəzi prosesləri nəzarətə götürmək istəməsindən məmnun deyil.
Seçilən
13
yeniavaz.com

1Mənbələr