ABŞ və Böyük Britaniya Yəmənin husilərin nəzarətində olan Səna və Hudeyda şəhərlərinə növbəti aviazərbələr endirib. Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb. Bildirilib ki, koalisiya qüvvələri Sənada bir neçə obyektə zərbə endirib, Hudeydanın Əl-Kutib rayonunda isə azı 4 obyekt hədəf alıb. Dağıntı və tələfatla bağlı məlumat verilmir.