AZ

Xüsusilə külli miqdarda ziyan vurmaqla yaşıllıqları məhv edənlər 8 ilədək azadlıqdan məhrum ediləcək

Bakı. Trend:

Yaşıllıqları məhv etmə və ya zədələməyə görə sanksiyalarsərtləşdirilir.

Trend xəbər verir ki, bu,Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Cinayət Məcəlləsində 260-cı maddənin (Meşələrivə digər yaşıllıqları məhv etmə və ya zədələmə) adında “meşələri”sözü “ağacları, kolları” sözü ilə əvəzlənir.

Beləliklə, hazırda odla və ya digər yüksək təhlükə mənbələri iləehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayanağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və yazədələmə min manatdan iki min manatadək miqdarda cərimə və ya birilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığınməhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etməilə, bu əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə iki minmanatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədəkmüddətə islah işləri və ya bir ilədək müddətə azadlığınməhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etməilə cəzalandırılır.

Layihəyə əsasən odla və ya digər yüksək təhlükə mənbələri iləehtiyatsız davranma üzündən ağacları, kolları və ya digəryaşıllıqları məhv etmə və ya zədələmə xeyli miqdarda (beş minmanatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ)ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanıniki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işlərivə ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya birilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu əməllər külli miqdarda (iyirmi min manatdan yuxarı, lakinəlli min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdəcinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədəkmiqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya birilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədəkmüddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni zamanda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda(əlli min manatdan yuxarı olan məbləğ) ziyan vurmaqla törədildikdəcinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə vəya iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya ikiildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.

Qüvvədə olan qanuna əsasən, yandırma və ya digər ümumi təhlükəliüsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsinəticəsində, meşələri və ya meşə fonduna daxil olmayan ağac və yakol əkililəri və digər yaşıllıqları məhv etmə və ya zədələmə ikimin manatdan üç min manatadək miqdarda cərimə edilməklə və yaedilməməklə iki ildən beş ilədək müddətə azadlığınməhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdanməhrum etmə ilə cəzalandırılır. Qeyd olunan əməllər külli miqdardaziyan vurmaqla törədildikdə üç min manatdan yeddi min manatadəkmiqdarda cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədəkmüddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihəyə görə, yandırma və ya digər ümumi təhlükəli üsulla və yazərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində,ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələməcinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədəkmiqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədəkmüddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədəkmüddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Həmin əməllərkülli miqdarda (iyirmi min manatdan yuxarı, lakin əlli min manatdanartıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayətnəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməkləvə ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni zamanda nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda(əlli min manatdan yuxarı olan məbləğ) ziyan vurmaqla törədildikdəcinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədəkmiqdarda cərimə edilməklə və ya edilməməklə altı ildən səkkizilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Seçilən
1
22
az.trend.az

10Mənbələr