AZ

Ançelotti Ardanı niyə çox oynatmadığını açıqladı

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti daha çox oyun vaxtı əldə etmək istəyən Arda Güleri ilk 11-ə niyə daxil etmədiyini açıqlayıb. Metbuat.az xəbər verir ki, La Liqanın 9-cu həftəsində "Real Madrid"in "Vilyarreal"ı qəbul edəcəyi matçdan əvvəl təşkil edilən mətbuat konfransında Karlo Ançelotti Arda Güler barədə danışıb. Ançelotti heyətdə oyunçular arasında rəqabət olduğunu ifadə edib.

O deyib: "O, çox rəqabət olduğu üçün az oynayır. Ardanın rəqibləri çoxdur. Asan deyil, amma keçən ilki ilə müqayisədə daha çox ön sıralardadır".

Seçilən
9
metbuat.az

1Mənbələr