AZ

Azərbaycan Bosniya və Herseqovinaya BAŞSAĞLIĞI VERDİ - FOTO

Azərbaycanın Xarici İşlər Nazirliyi Bosniya və Herseqovinada baş verən təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” hesabında paylaşım edilib.

“Bosniya və Herseqovinanın Yablanika şəhərində torpaq sürüşməsi və daşqınların törətdiyi və çoxlu sayda insanın ölümü, yaralanması və itkin düşməsinə səbəb olan dəhşətli dağıntılar xəbəri bizi dərindən kədərləndirir. Qurbanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümid edir, Bosniya və Herseqovina ilə həmrəy olduğumuzu bildiririk”, - paylaşımda qeyd edilib.



Bizim.Media

Seçilən
1
31
bizim.media

10Mənbələr