AZ

Azərbaycanlı futbolçu Bosniya klubuna keçə bilər

“Boluspor”un azərbaycanlı futbolçusu Vüsal İsgəndərli qışda komandasını dəyişə bilər.

Bizim.Media xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçiyə Bosniya və Herseqovinadan təklif gəlib.

İsgəndərli bu ölkənin köklü klublarından olan “Sarayevo”dan təklif alıb. Bosniyalılar onu qışda heyətinə qatmaq istəyir. Millimizin üzvü isə öz qərarını qışda verəcək.

Vüsal İsgəndərlinin “Boluspor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Keşlə”(indiki “Şamaxı”), “Keçiörengücü”, “Sumqayıt”, “Eqnatiya” klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr