AZ

200 çömbəlmə edən məktəbli ömürlük ƏLİL OLDU – FOTO

200 çömbəlmə sizi ömür boyu əlil edə bilər.

İnterpress.az xəbər verir ki, Çindən olan bir məktəbli bunu öz acı təcrübəsindən öyrənib.

Məsləhətçi onu 1000 oturub-qalxmağa məcbur edib, lakin 200-dən sonra oğlan yerə yıxılıb və ağrıdan qışqırıb. Xəstəxanada oğlana skelet əzələlərini, qaraciyəri və böyrəkləri məhv edən rabdomiyoliz diaqnozu qoyulub.

İndi oğlan ayaq əzələləri atrofiyaya uğradığı üçün əlil arabasına məhkumdur.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr