AZ

Bakıda fərdi yaşayış evində baş verən yanğın söndürülüb YENİLƏNİB

Bakıda

Bakı, 4 oktyabr, AZƏRTAC

Bakının Nizami rayonunun Q.Qarayev prospekti, Məmmədəli Şərifli küçəsində fərdi yaşayış evində baş verən yanğın yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 170 kvadratmetr olan mansard tipli ikimərtəbəli fərdi yaşayış evində baş verdiyi, yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin mansardı və 40 kvadratmetr sahədə ikinci mərtəbənin bir otağı yanıb.

Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

21:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Seçilən
1
10
azertag.az

10Mənbələr