AZ

"Pure Life" MMC-də yoxlama

Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən “Pure Life” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən planlı yoxlama keçirilib.

Fins.az xəbər verir ki, yoxlama zamanı müəssisədə bir sıra ciddi qanun pozuntuları aşkar edilib:

  • Texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmayıb.
  • Qablaşdırma materiallarının saxlanması qaydalarına uyğun deyil.
  • Temperatur monitorinqi aparılmır.
  • Havalandırma sistemi quraşdırılmayıb.
  • Higiyenik tələblərə uyğunluq təmin edilmir.

Nəticədə, “Loğman” əmtəə nişanlı su nümunələrində mikrobioloji uyğunsuzluqlar aşkar edilib. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. AQTA, istehlakçıların sağlamlığının qorunması məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Seçilən
11
fins.az

1Mənbələr