AZ

"Şimali Koreyanın köhnə və etibarsız mərmiləri sayəsində Rusiya döyüşdə üstünlüyünü saxlayır" - "Foreign Policy"

"Rusiyanın ərazilər zəbt etmək üsulu güclü artilleritya atəşlərindən sonra irəliyə getməkdir..."
 
Şimali Koreyanın köhnəlmiş artilleriya mərmiləri Rusiyanın artilleriya atəşlərində üstünlüyünü saxlamağa imkan verir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın 
"Foreign Policy" nəşri yazıb.
 
Qeyd edilir ki, KXDR-dən köhnə və etibarsız döyüş sursatlarının tədarükü son ildə Ukraynanın Rusiya qoşunlarının hücumuna müqavimət göstərmək qabiliyyətinə ən böyük təhlükələrdən biri olub.
 
Ekspertlərə istinadən qeyd edilir ki, cari yayda Rusiyaya ən azı 2 milyon mərmi göndərilib, onların çoxu köhnə, sıradan çıxmış və müəyyən dərəcədə nasaz olub.
 
ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, Şimali Koreya silahlarının yayılması üzrə ekspert Van Dipen qeyd edib ki, bunlar yüksək keyfiyyətli döyüş sursatları deyil, lakin bu sursatlarsız "Rusiyanın döyüş əməliyyatlarının aparılması üsulunu qoruyub saxlamaq çətin olacaq".
 
"Rusiyanın ərazilərvzəbt etmək üsulu böyük artilleriya atəşlərindən sonra irəliyə getməkdir".
 
Karnegi beynəlxalq sülh uğrunda Fondun Rusiya və Avrasiya proqramları üzrə baş elmi əməkdaşı Maykl Kofman Şimali Koreyanın artilleriya mərmilərinin "o qədər də yaxşı olmadığı" ilə razılaşıb, lakin, onun sözlərinə görə, "iş artilleriya döyüş sursatlarına gedib çıxanda onların miqdarının öz keyfiyyəti var".
 
Ekspert hesablayıb ki, məhz Şimali Koreyadan olan tədarüklər Rusiyaya "kritik ildə" Ukrayna qoşunları üzərində artilleriya atəşlərində 3:1 nisbətində üstünlük əldə etməsinə imkan verib.
 
Məhz ona görə də KXDR-dən qədər çox sayda hətta keyfiyyətsiz silahın tədarük edilməsi Ukrayna hərbi rəhbərləri və ABŞ-ın rəsmi şəxslərində bu qədər narahatçılıq doğurur, jurnal yazıb.
Seçilən
10
moderator.az

1Mənbələr