AZ

SAKİNLƏRİ ELDAR ƏZİZOVUN ADINDAN QORXUDUB EVLƏRİNİ ƏLƏ KEÇİRƏN ŞƏXS TAPILDI

Yasamal rayonu ərazisində, daha dəqiq desək, İmam Hüseyn Məscidinin qarşısındakı Dalan-1 küçəsində ( Abdulla Şaiqin Ev Muzeyinin arxası, N.Nərimanovun heykəlinin qarşısı)

43 saylı MİS- in balansında (xidmətində) olan evlərin sakinlərinin qorxudularaq mülklərinin qanunsuz olaraq, dəyər- dəyməzinə ələ keçirilməsi özbaşınalığından yazmışdıq... Və redaksiyaya bu ərazidə yaşayan sakinlərdən daxil olmuş şikayəti araşdırmaq üçün "Təzadlar"ın əməkdaşları qeyd olunan küçənin sakinləri ilə görüşmüşş geniç videomüsahibə almışdılar... Lakin redaksiyamızın əməkdaşları "Media haqqında" qanunun tələblərinə riayət edərək araşdırmanı daha ətraflı apararaq qarşı tərəfin, daha dəqiq desək, sakinləri qorxudan, yaxud yan- yörəsini uçurdub zibilxanalar yaratmaqla onları bezdirıb evlərini dəyər- dəyməzinə satdıran şəxslərin özləri ilə görüşüb mövqelərini öyrənmək qərarına gəlmişdi... Hətta şikayətdə əsas füqur kimi Bakı adı çəkilən şəhər İH-nin şöbə müdiri Zülfəli Abdullayevlə də telefonda danışmışlar... Sonra sakinlərin gözünün odunu almış İlham Bağırovla da görüş baş tutmuşdur. Hər iki məsul şəxs bəhanələrlə "Burda bizlik məsələ yoxdur, Bakı meriyasının göstərişidir" deyərık ortaya heç bir rəsmi sənəd qoya bilməmişdilər...

XXX 

...Və məlum olurdu ki, bütün bu qalmaqalın, yəni sakinlərin dinc həyatını zəhərə döndərən hadisələrin "baş qəhrəmanı" kimi adı çəkilən İlham Bağırov canından və malından, evindən bezən sakinləri məcbur edib (bezdirib) 19 saylı Notariat Kontoruna aparır, notarius isə gözünü yumub vətəndaşa hansısa kağızı imzalatdırıb yola salırlar... Pulu isə bank vasitəsilə deyil, çöldəğn- çölə verirlər. Bu necə ola bilər axı? Vətəndaş mülkünü- daşınmaz əmlakını satırsaş alıcının kimliyi bilinməli, rəsmi sənədlər imzalanmalı və s. Bu məsələdə isə korrupsiyanın izi yoxş özü ortadadır. Vətəndaşlar belə deyirlər və bu gün də söhbət etdiklərimizin dedikləri bunu təsdiqləyir... Hətta bu ərazidə yaşayış ola- ola ətrafı dağıdıb xarabazara çevirməklə paytaxtın belə bir mərkəzi yerində dinə- imana yaraşmayan əməllər törədilir. Hansı ki, məhz həmin küçəsə Peyğəmbərimizin nəvəsinin adını daşıyan İmam Hüseyn Məscidi yerləşir. Burada hər gün azan səslənir, nəzir verilir, Allaha dualar edilir... Bəs qanunsuz əməlləri ilə mülki əhaliyə zülm yaşadanlar Allaha və imam Hüseyn adına, Ali Qanunumuza- Konstitusiyamıza... ağır gedən bu əməli necə törədə bilirlər???

XXX 

Uzun sözün qısası, "Təzadlar"ın ciddi araşdırması sayəsində bu gün sakinlərin gözünün odunu alan, amma kimliyini, vəzifə statusunu gizli saxlayan İlham Bağırovun kimliyini tapdıq... Belə ki, vətəndaşlarla onların mənzillərinin qeydiyyatda olduğu 43 saylı "JEK"in Nizami adlı rəis əvəzi ilə görüşmək və sakinləri narahat edən suallara cavab tapmağa çalışdıq... Elə buradaca İlham Bağırovun barəsində olduqca maraqlı məlumat əldə etdik. Məlum olur ki, Bakı şəhər İH başçısı Eldar Əzizovun Sərəncamı ilə ərazilər üzrə  "Qiymətləndirici şirkət" adlı MMC yaradılıb. Və sən demə, adını çəkdiyimiz küçədəki zibilxananın, daha doğrusu, viranəliyin yaradıcısı və sakinlərə heç bir rəsmi sənəd təqdim etmədən onlara bazarlama aparan İlham Bağırov bu şirkətin direktorudur.

Aşağıda bunu təsdiq edən rəsmi sənədi təqdim edirik...

(Davamı var)

- Bəs İlham Bağırova bu və ya digər qanunsuz sövdələşmələri etməyi kim tapşırıb?

- Qeyd edilən seysmik zonada çoxmənzilli bina ucaltmaq istəyən şirkət hansı məmura məxsusdur?

- Sakinlər daha hansı sirrin üstünü açdılar? 

- Araçı(makler) işlərini görənlər və qanunsuz əməllərə imza atanlar niyə Eldar Əzizovun adından danışırlar?

"Təzadlar"ın Araşdırma Qrupu

Seçilən
14
tezadlar.az

1Mənbələr