AZ

Kremlin “qara qutusu”nu Bakıya gətirən səbəb: “Təhlükə var”

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin 2-3 oktyabr tarixlərində Bakıda rəsmi səfərdə olub. Onun beynəlxalq aləmdə gərginliyin artdığı bir zamanda ölkəmizə gəlməsi xüsusi diqqət çəkib.

Narışkin Azərbaycan və Rusiyanın xüsusi xidmət orqanlarının bir müddət öncə rusiyalı diplomata qarşı təxribat cəhdinin qarşısını aldığını açıqlayıb. Moskva rəsmisi bu cəhdin arxasında ABŞ-ın olduğunu bildirib.

Sergey Narışkinin səfərinin əsas mahiyyəti nədən ibarətdir? Onun Bakıda verdiyi açıqlama nəyə hesablanıb? vakansiyalar

Globalinfo.az-a danışan beynəlxaq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələr üzrə genişmiqyaslı əməkdaşlıq mövcuddur:

“İki ölkə rəsmilərinin vaxtaşırı qarşılıqlı səfərlər həyata keçirməsi adi haldır. Bakı və Moskvanın Cənubi Qafqazda ortaq təhlükəsizlik maraqları var. O baxımdan yeni əməkdaşlıq məsələlərinin müzakirə olunması normaldır.

Son proseslər fonunda Azərbaycan və Rusiyanın belə bir müzakirəyə ehtiyacı var idi. Ümumiyyətlə, bu gün Azərbaycan müəyyən təhlükələrlə üz-üzədir, xüsusilə də Qərb agenturasının aktivliyi diqqət çəkir. Məsələn, Fransada bıçaqlanan Vidadi İsgəndərlinin öldürülməsini belə Azərbaycanın üzərinə atmaq istəyirlər. Qərb agenturası aktiv şəkildə bu planı icra edir.

Hazırda İran-İsrail münaqişəsi, Qərb-Rusiya gərginliyi Cənubi Qafqazda təhlükəsizlik problemləri yaradır. Bu səbəbdən əməkdaşlıq etdiyimiz ölkələrlə sıx təmaslarda olmalıyıq”.


Telegram kanalımız
Seçilən
379
1
yenisabah.az

2Mənbələr