AZ

"Azərbaycan ordusu Cəbrayılda unikal əməliyyatlar həyata keçirdi" — Deputat

“Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə sentyabrın 27-dən başlanan zəfər yürüşünün ilk ən böyük müjdəsini Cəbrayılla verdi. Cəbrayıl şəhərinə qədər 20-ə yaxın kəndin alınmasına baxmayaraq, ən böyük qələbəmiz Cəbrayılla başladı. Çox ağır döyüşlər getsə də,  Azərbaycan ordusu düşməni  həmin ərazilərdə darmadağın etdi. Artilleriya ilə həm yerdən, həm havadan alladıcı manevrlərlə hücum edən Azərbaycan ordusu Cəbrayılda unikal əməliyyatlar həyata keçirdi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib, o bildirib ki, əməliyyatlar nəticəsində Cəbrayıl düşmən tapdağından azad edildi:

“Artıq 4 ildir ki, Cəbrayıl şəhəri düşmən işğalından azad edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi  həm düşmənə, həm də onun havadarlarına göstərdi ki, Azərbaycan ordusunun qarşısında heç nə tab gətirə bilməz. 44 gün ərzində böyük zəfər çalan ordumuz yalnız düşmənlərə yox, onun havadarlarına da və dünya hərb tarixində unikal savaş nümunəsi göstərərək böyük qələbəni qazana bildi. Bu gün biz dünyanın ən qürurlu xalqlarından biriyik. 21-ci əsrdə nadir hadisələrdən biri də donmuş münaqişənin həll edilməsidir. Bu gün  ölkə başçımız cənab Prezident İlham Əliyev Cəbrayılda yerli sakinlərlə görüşündə də bunu söylədi. Azərbaycan yalnız erməniyə yox, ona xas olan qüvvələrə də qalib gəldi.  Yalnız Cənubi Qafqazda yox, qlobal miqyasda  yeni siyasi mənzərəni formalaşdıran ölkələrdən birinə çevrildi”.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
11
demokrat.az

1Mənbələr