AZ

U-15 millimiz son oyununda Qazaxıstana da uduzdu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-15) Belarusda təşkil olunmuş UEFA İnkişaf Turnirində bu gün sonuncu sınağına çıxıb.

Arena.az xəbər verir ki, millimiz Minsk şəhərində keçirilən turnirin üçüncü matçında Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

ABFF Təlim-Məşq Mərkəzində təşkil olunmuş görüş Qazaxıstan yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, U-15 millimiz bu turnir çərçivəsində keçirdiyi əvvəlki oyunlarında Belarus (1:2) və Rusiya (1:3) yığmalarına da uduzmuşdu.

Seçilən
6
1
arena.az

10Mənbələr