AZ

U-16 millimiz Türkiyəyə 6 cavabsız qolla uduzdu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təşkil olunmuş “U-16 Türkdilli Ölkələr Turniri”ndə növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, yığmamız Ərzurum şəhərində keçirilən turnirdəki ikinci sınağında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində keçirilmiş görüş Türkiyə yığma komandasının 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, U-16 yığmamız bu turnirdəki ilk sınağında Türkmənistanın U-17 milli komandasına da 0:3 hesabıyla uduzmuşdu.

Seçilən
2
1
arena.az

10Mənbələr