AZ

Səfirimiz etimadnaməsini Lavrova təqdim etdi

Azərbaycan Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Lavrov Azərbaycan səfirinə fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra R. Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafı vurğulanıb, ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə edilib.

Azərbaycan səfiri etimadnaməsinin sürətini Rusiya XİN başçısının müavininə təqdim edib.

Ən yaxın dövlətlərarası təmasların cədvəli nəzərdən keçirilib.


Müəllif: Teleqraf.com
Seçilən
19
teleqraf.com

1Mənbələr