AZ

Siyəzən sakini rayon xəstəxanasından şikayətçidir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Siyəzən rayonunda iynədən sonra uşağın qolunda göyərmələri görən valideyn təşvişə düşüb.
Həmin vəziyyəti lentə alan ana görüntüləri "Xəzər Xəbər"nin qaynar xəttinə göndərib.
Görüntüləri izləyəndə aydın olur ki, qızcığaz ciddi narahatlıq keçirir, gözləri bərəlir və qolu sarıqlıdır.
Hadisə bu şəkildə baş verib: Eyvazovlar ailəsi qızdırması olan uşağı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Əvvəlcə həkimlər dərmanı uşağa damara köçürmə, yəni sistem qoşma yolu ilə vurublar. Bir müddət sonra uşağın qolunda göyərmə görən valideynləri şikayət ediblər.
Uşağın valideyni Xəyalə Eyvazova bildirib ki, 1 yaş 10 aylıq olan qızı anadangəlmə astma xəstəsidir.
Onun sözlərinə görə, tibb işçisi damara vurulan iynəni düzgün qoşa bilmədiyi üçün uşağın qolu qaralıb. Ana iddia edib ki, ya xəstəxana işçiləri naşıdır, ya da uşağa qarşı məsuliyyətsiz davranıblar.
Ətraflı süjetdə:.
Seçilən
10
4
oxu.az

10Mənbələr