AZ

İki tələbə hamını şoka saldı, casus eynəyi düzəltdilər —İnsanlara aid özəl məlumatları necə əldə ediblər?

Harvardın iki tələbəsi super casus Ceyms Bondun xəyal etdiyi eynəyi hazılayıb.

Azpost.info bildirir ki, tələbələr Meta smart eynəkləri üçün başqalarının şəxsi məlumatlarını toplayan proqram yazıb. Onlar bu eyneklə  bir neçə saniyəyə metroda yad adam haqqında hər şeyi öyrənə bilərlər.

Əsl casus qaceti olan bu eynək Harvard tələbələri olan Keyn Ardayfio və An Pxu Nquyen tərəfindən icad edilib. İşin texnologiyası belədir: kameralı eynək sosial şəbəkələrdən birinə çəkdiyi videonu yayımlayır, yayımdan üz şəkli götürülür, sonra sosial şəbəkələrdə həmin şəxs axtarılır. Bir neçə saniyədən sonra tələbələr tərəfindən yazılan proqram həmin şəxs haqqında tapılan bütün məlumatları onların smartfonlarına göndərir. Bir neçə saniyə ərzində Nquyen və Ardaifio eynəklə baxdıqları adam haqqında hər şeyi öyrənirlər: ad, soyad, telefon nömrələri, sosial şəbəkələr və hətta ABŞ-ın məxfi sosial təhlükəsizlik nömrəsini… Onun köməyi ilə onlar bank kartları üçün məlumat ala və kreditlər üçün müraciət edə bilərlər.

Oktyabrın 1-də gənc tərtibatçılar sosial şəbəkələrdə video yerləşdiriblər: Kadrlarda onların eynəkləri dostlarının arasında necə sınaqdan keçirdiklərini, həmçinin ictimai nəqliyyatda tanımadığı insanlar barədə məlumat əldə etmələrni görə bilərik. Gənclər bu proqram kodunu açıqlamırlar. Onlar bu eynək rpoqramından sui-istifadə etmək niyyətində olmadıqlarını iddia ediblər.

Seçilən
1
1
demokrat.az

2Mənbələr