AZ

"Tanınmış adam olmağın ağır cəzası var"

Meyxanaçı Ağamirzə Məmmədov giley-güzarını açıqlayıb.

Milli.Az bildirir ki, lent.az-a açıqlama verən meyxanaçı sosial şəbəkələrdə ünvanına səsləndirilən tənqidlərdən yorulduğunu, bezdiyini deyib.

"Ümumiyyətlə, çox şeylərdən küsürəm, büruzə vermirəm. İnciməkdən keçib, çox şeydən küsmüşəm. Peşmansan nəsə paylaşasan. Yüz dənə pis söz yazırlar. Edənin də çoxu öz tanıdıqlarım. bildiklərimdir.

Yad adamın mənlə nə işi var? O saat başlayırlar içlərindəki kini qusmağa. Paxıllıq, lağlağı, qeybət, nə desən var bizimkilərdə. Yorurlar, bezdirirlər. Tanınmış adam olmağın ağır cəzası da var", - o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
14
milli.az

1Mənbələr