AZ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Varşava İnsan Ölçüsü Konfransına qatılıb — FOTOLAR

Polşada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin dəstəyi ilə ATƏT sədrliyi yanında Varşava İnsan Ölçüsü Konfransı keçirilir.

2024-cü il oktyabrın 2-3-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, qurumun departament rəhbəri Elnur Bağırlı, beynəlxalq layihələr üzrə meneceri Türkan Orucova da konfransa qatılıb.

Toplantıda ATƏT-ə üzv olan 57 ölkənin diplomatları, vətəndaş cəmiyyəti nümayəndələri və insan hüquqları üzrə ekspertlər qatılıb. Konfrans oktyabrın 11-də beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ATƏT-in insan hüquqları gündəliyinin möhkəmləndirilməsi üçün tövsiyələrin təqdim olunması ilə başa çatacaq.

Agentliyin nümayəndələri Varşavaya səfər çərçivəsində Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova ilə də görüş keçiriblər.
Seçilən
18
1
demokrat.az

2Mənbələr