AZ

Puff Daddinin sevgilisinin kitab-gündəliyi satışdan yığışdırıldı

Puff Daddinin Kimberli (Kim) Porter adlı sevgilisi "Kimin İtirilmiş Sözləri: Digər tərəfdən Ədalətə Səyahət" adlı 60 səhifəlik kitabı “Amazon”, “Barnes & Noble” və bir sıra digər onlayn mağazalardan yoxa çıxıb.
 

Sfera.az bildirir ki, Kim Porterin gündəlikləri toplusu sentyabrın 6-da işıq üzü görsə də, ay sonunda o, satışdan çıxarılıb. Səbəblərdən biri Toddun mərhum Kimin sözlərinin həqiqiliyini təqdim etməməsidir.


Qeyd edək ki, Kim Porter 2018-ci ildə 48 yaşına bir ay qalmış sətəlcəmdən vəfat edib.
 

Üç uşaq anası olan xanımla reperin 11 illik münasibəti olub. Onun gündəliklər kolleksiyası prodüser Todd Kristofer Quzze tərəfindən “Camal T. Millwood” təxəllüsü ilə redaktə edilib.
 

Kitabda Kombsun 1990-cı illərdən başlayan parlaq eşq həyatı, o cümlədən həm kişi, həm də qadın musiqiçi və reperlərlə olduğu iddia edilən əlaqələri, həmçinin Kimin təzyiq altında iştirak etdiyi pozğun orgiyalar, hamiləliyin son mərhələlərində cinsi təcavüzə məruz qoymaq haqqında məlumatlar verilir.
 

Kim iddia edir ki, o, Daddinin idarə etdiyi gənc oğlanlarla cinsi əlaqədə olarkən çəkdiyi lentləri, o cümlədən sonradan ulduza çevrilmiş bəzilərinin kasetlərini tapıb kopyalayıb. Daddi bu videonu qurbanlarını şantaj etmək üçün saxlayıb.


Memuarının son fəslində Porter ölümcül xəstələndiyini və dostlarına "məni aparırlar" mesajını yazıb,daha sonra 911-ə zəng edib.
 

Ailənin vəkili, həmçinin Porterin övladları iddia edilən gündəliyin saxta olduğunu və bunun əlyazma olduğunu iddia edən hər kəsin özünü aldatdığını bildirib.
 

Kim Porter 2018-ci il noyabrın 15-də vəfat edib. Onun ölüm səbəbi sətəlcəm adlandırılsa da, son hadisələr fonunda ulduzun bir çox pərəstişkarı onun ölümü ilə bağlı yeni araşdırma aparılmasını tələb edir.


Aynil
Sfera.az

 

Seçilən
19
sfera.az

1Mənbələr