AZ

Gəmi çevrildi: 100-dən çox adam ölüb

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Kivu gölündə gəminin çevrilməsi nəticəsində azı 126 nəfər həlak olub. Avtosfer.az xəbər verir ki, bu barədə “Belga” agentliyi məlumat yayıb.

Bildirilib ki, gəminin göyərtəsində 450 nəfər olub. 45 nəfər xilas edilib. İtkin düşənlərin axtarışı davam edir.

Qeyd edilib ki, gəmi oktyabrın 3-də Qoma şəhərinin limanına yaxınlaşarkən çevrilib. Onun göyərtəsində ərzaq məhsulları daşıyan tacirlər olub.

Seçilən
16
avtosfer.az

1Mənbələr