APA xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden oktyabrın 4-də Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, İsrailin İranın, “Hizbullah”ın və Yəməndəki “Ənsar Allah” hərəkatının hücumlarına cavab vermək hüququ var.
"Ancaq onlar mülki itkilərin qarşısını almaq üçün daha diqqətli olmalıdırlar", - deyə Bayden bildirib.
O, həmçinin bildirib ki, İsrail hələ İrana cavab zərbəsi endirmək barədə qərar verməyib.
“İsrail İranın hərəkətlərinə cavab olaraq nə edəcəyinə hələ qərar verməyib, bu müzakirə olunur. Mən onların yerində olsaydım, neft yataqlarına hücumdan başqa alternativlər haqqında düşünərdim”, - deyə o bildirib.
5Mənbələr
-
axar.azİsrailin yerində olsaydım, bunu edərdim - Bayden ( 11703835)
-
demokrat.azBayden İsraili insan tələfatının qarşısını almaq üçün daha diqqətli olmağa çağırıb ( 11703697)
-
apa.azBayden İsraili insan tələfatının qarşısını almaq üçün daha diqqətli olmağa çağırıb ( 11702776)
-
nocomment.azBayden İranın hücumuna cavab olaraq İsrailin qeyri-müəyyənliyini bəyan edib ( 11702257)
-
qaziler.azBayden: "İsrailin yerinə olsaydım, İranın neft yataqlarına deyil..." ( 11702155)