AZ

Vüsal İsgəndərlinin komandası Ərzurumdan xalsız qayıtdı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 8-ci turu çərçivəsində “Ərzurumspor”la qarşılaşıb.

“Boluspor” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 3-cü məğlubiyyətidir. Futbolçumuzun komandası digər oyunlarda 2 qələbə qazanıb və 3 heç-heçə edib.

İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

8 turdan sonra “Boluspor” 9 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. “Ərzurumspor” isə 15 xalla vahid liderdir.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 18 matça çıxıb, fərqlənə bilməyib.

Seçilən
2
1
arena.az

3Mənbələr