AZ

Eminem hamilə qızına yeni klip həsr edib: Təsir edici kadrlar

51 yaşlı amerikalı reper Eminem "Temporary" mahnısına çəkdirdiyi klipi yayımlayıb.
 

Sfera.az bildirir ki, Eminemin yeni klipi yeganə övladı olan qızı Heyli Jadenin kadrlarından ibarətdir. Qeyd edək ki, may ayında Eminemin qızı Evan McClintock ilə evlənib, tezliklə ana olacaq.


Videoda Eminemin qızını gəlinlikdə görən zaman göz yaşlarını saxlaya bilmədiyi kadrlar yer alıb.


Heylinin gəlinlik paltarında dayandığı toydan foto da var, Eminem isə qara kostyumda və gün eynəyində qızını gəlinlikdə görəndə göz yaşlarını saxlaya bilmir. Qızını möhkəm qucaqlayam Eminem, göz yaşlarını eynəyinin arxasında gizlədir.


Klip arxiv görüntülərindən ibarət olsa da, qızının Eminemə baba olacağını söyləməsi, ultrasəs müayinəsi göstərməsi və ona "Baba" yazısı olan köynək verdiyi kadrlar da az təsir edici deyil.
 

“Temporary” mahnısı amerikalı müğənni Skylar Grey ilə birgə lentə alınıb. Mahnının vokallarını reperin bu ilin iyulunda çıxan son albomu olan “The Death Of Slim Shady” (Coup de Grace) albomunda dinləmək olar.

 

Aysel

Sfera.az

Seçilən
18
sfera.az

1Mənbələr