AZ

Gəncədə milli-mənəvi dəyərlərimizin qorunması mövzusunda konfrans keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 31-ci ildönümündə Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə milli-mənəvi dəyərlərimizin qorunması mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Gəncə Dövlət Universitetində keçirilən konfransda Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov bildirib ki, xalqımız zəngin milli-mənəvi dəyərlərə malikdir, milli kimliyimizin formalaşmasında bu dəyərlər müstəsna rola malikdir. Ağsaqqallarımızın bu şərəfli missiyasına ən yüksək qiyməti milli-mənəvi dəyərlərimizin hamisi, Ümummilli Liderimiz Heydər Əliyev verib: “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur”. Qeyd edib ki, müasir dövrümüzdə milli-mənəvi dəyərlərimizə yüksək diqqətin bariz nümunəsini Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva göstərir. Çıxışının sonunda Bayram Yusifov gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların maarifləndirilməsində ağsaqqalların üzərinə yenə də böyük vəzifələrin düşdüyünü vurğulayıb.

Sonra digər natiqlər də çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunmasından və bu dəyərlərimizin gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən söz açıblar.

Sonda bir qrup şəxs Gəncə Şəhər Ağsaqqallar Şurasının işində səmərəli fəaliyyətlərinə görə təşkilatın təşəkkürnamələri ilə təltif olunublar.

Seçilən
1
2
azertag.az

3Mənbələr