AZ

İsrail "Hizbullah" üçün "sürprizlər"dən xəbər verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Livanın "Hizbullah" hərəkatı çox ciddi zərbələr alır, İsrailin isə həyata keçirəcəyi "sürprizlər" hələ də qalır".
Oxu.Az-ın "Ynet" portalına istinadən verdiyi məlumata görə, bunu İsrail müdafiə naziri Yoav Qalant bildirib.
Nazir bu "sürprizlərin" bəzilərinin artıq həyata keçirildiyini, digərlərinin isə hələ reallaşdırılacağını vurğulayıb.
O qeyd edib ki, İsrail Müdafiə Ordusu (SAXAL) Livanın sərhədinə yaxın bir sıra kəndlərdə fəaliyyət göstərir.
Portalın məlumatına görə, İsrail ordusu "Hizbullah"ın hücumlarını planlaşdırdığı hərbi obyektlərini tam məhv edənə qədər əməliyyatı dayandırmayacağını bəyan edib.
Seçilən
6
50
oxu.az

10Mənbələr