AZ

Nə vaxt qayıdacaq?

Ötən ay “Araz-Naxçıvan”ın ev oyunlarını müvəqqəti keçirdiyi Bakıdakı “Liv Bona Dea Arena” stadionu ot örtüyünə görə təmirə bağlanıb.

Sportinfo.az xəbər verir ki, Naxçıvan klubunun nə vaxt rəqiblərini bu stadionda qəbul edəcəyi dəqiqləşib.

Belə ki, hazırda Premyer Liqanın turnir cədvəlində ikinci pilləsində qərarlaşan komanda ən yaxşı halda oktyabrın sonundan qazonun vəziyyətinin yaxşılaşdırılması işləri yekunlaşdıqdan sonra yenidən bu stadionda oyunlarını keçirə biləcək.

Təmirdən sonra bu stadionda ilk oyunu isə “Araz-Naxçıvan” yox, AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycanın qadınlardan ibarət yığması keçirəcək. Həmin görüş oktyabrın 25-də baş tutacaq.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv əvvəlki ev oyununu Sumqayıtdakı “Kapital Bank Arena”da oynayıb.

Seçilən
7
2
sportinfo.az

3Mənbələr