AZ

İsrail ordusu Beyrutun məhəllələrindən birinin sakinlərini təcili ərazini boşaltmağa çağırıb

İsrail hərbçiləri Beyrutun cənubunda yerləşən “Burj əl-Barajna” bölgəsinin sakinlərini təcili olaraq təhlükəsiz yerə təxliyə etməyə çağırıb.

APA xəbər verir ki, müvafiq bildirişi ərəb dilində İsrail ordusunun rəsmi nümayəndəsi Aviçai Edri dərc edib.

"Cənub bölgəsinin sakinlərinə, xüsusən də “Burj Əl Barajna” ərazisinin xəritəsində göstərilən binada yaşayanlara yeni təcili xəbərdarlıq. Öz təhlükəsizliyiniz və ailə üzvlərinizin təhlükəsizliyi üçün bu və qonşu binaları dərhal tərk etməli və onlardan ən azı 500 m aralıda olmalısınız.”, – deyə o, “X” hesabında yazıb.

O həmçinin “Hizbullah” tərəfindən hərbi obyekt kimi istifadə edildiyi iddia edilən binanın göstərildiyi ərazinin peyk görüntüsünü də yayımlayıb.

Seçilən
44
apa.az

1Mənbələr