AZ

Rəqəmsal asılılıq həm fiziki, həm də ruhi sağlamlığa mənfi təsir göstərir

Rəqəmsal

Bakı, 5 oktyabr, AZƏRTAC

Rəqəmsal asılılıq və sosial mediadan istifadə səbəbindən artan narahatlıq və stress uzunmüddətli depressiya riskini artırır, eyni zamanda, duruş pozğunluqları, görmə və yuxu problemləri, piylənmə və ürək-damar xəstəlikləri riskini də yaradır. Mütəxəssislər texnologiyanın geniş tətbiqi ilə artan rəqəmsal cihazlardan istifadənin, xüsusilə həddindən artıq və nəzarətsiz olduqda həm fiziki, həm də ruhi sağlamlığa mənfi təsir etdiyi barədə xəbərdarlıq edirlər. Təhsil, əyləncə və sosiallaşma üçün seçilən rəqəmsal cihazlar, həmçinin davamlı onlayn olmaq istəyi ilə asılılığa səbəb olarkən müxtəlif sağlamlıq problemlərini də özü ilə bərabər gətirir.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, türkiyəli psixoloq Melisa Mutlu texnologiya ilə həyatımıza daxil olan rəqəmsal asılılığın təsirlərinə qarşı açıqlama edib.

Biruni Universiteti Xəstəxanasının mütəxəssisi Melisa Mutlu bildirib ki, rəqəmsal asılılığın insanların texnoloji cihazlara daimi və həddindən artıq ehtiyacı olduğunu göstərir, onlar bu cihazlardan uzaq olduqda narahatlıq və ya stress yaşayırlar: “Rəqəmsal asılılıq da digər asılılıqlar kimi insanın gündəlik həyatında mənfi izlər buraxa bilər. Ən çox yayılan sosial media platformalarında rəqəmsal cihazlardan istifadə edilir. Bu platformalar insanları bir-birinə bağlamaq və ünsiyyət qurma imkanı versə də, zərurətdir. Daim internetdə olmaq və internetlə əlaqəli hər şeyi əldə saxlamaq və s. kimi vəziyyətlər təhlükə mənbəyidir. Bu bir çox psixoloji problemlərə səbəb ola bilər, bunlarla əlaqəli digər bir məsələ isə təklik hissinin olmasıdır. Bu duyğu da insanlara internetə qaçmağa imkan, bəhanə yaradır”.

“Sosial media insanların sosial əlaqələrini artırmaq əvəzinə bəzən əks təsir göstərə bilər. Rəqəmsal dünyada davamlı olaraq onlayn olmaq real həyatda dərin və mənalı əlaqələr qurma qabiliyyətini azaldar. Bu, insanların sosial əlaqələrinin artmasına səbəb olar. İnsanlar sosial media platformalarında öz uğurlarını, xoşbəxtliklərini və fiziki görünüşlərini başqaları ilə müqayisə edirlər və bu müqayisə xüsusilə gənclərdə özünəinam problemləri, qeyri-kafilik və depressiyaya səbəb ola bilir. Bildirişlər, mesajlar və məlumat axını fokuslanma bacarıqlarına da mənfi təsir edir. Bu vəziyyət iş və təhsil həyatında diqqətin yayındırılmasına və məhsuldarlığın azalmasına səbəb olur. Bir çox insanın eyni anda birdən çox rəqəmsal fəaliyyətin məhsuldar olduğunu düşünməsinə baxmayaraq, bu vəziyyət əslində beyni yorur və diqqəti cəmləməyi çətinləşdirir. Çoxlu tapşırıqlar daim diqqətin dəyişdirilməsini tələb edir. Bu, uzun müddətdə zehni yorğunluğa və diqqət çatışmazlığı kimi problemlərə səbəb ola bilər. Bu, gənclərin dərs vərdişlərinə, xüsusən də akademik uğurlarına mənfi təsir göstərə bilər. Sosial media, oyunlar və rəqəmsal əyləncə gənclərin çöldə vaxtlarını oğurlayır. Rəqəmsal dünyada sərf olunan vaxtın tarazlı tutulması vacibdir. Həmçinin ekran vaxtı da 1-2 saatla məhdudlaşdırılmalıdır”, - deyə psixoloq əlavə edib.

Seçilən
48
azertag.az

1Mənbələr