AZ

"Monako" onunla müqaviləni UZATDI

“Monako” futbolçusu Aleksandr Qolovinlə yeni müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı rusiyalı yarımmüdafiəçi ilə müqavilə 2029-cu ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Aleksandr Qolovin 2018-ci ildə “Monako”ya SSKA-dan 30 milyon avroya transfer olmuşdu. O, bu mövsüm Fransa klubunun heyətində 6 oyuna çıxıb.

Bizim.Media

Seçilən
7
1
bizim.media

2Mənbələr