AZ

Bu kanal "Sabah"ın avrokubok matçlarını canlı yayımlanacaq

"Sabah" FİBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu oktyabrın 9-da keçirəcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu G qrupunda birinci oyununu "Spiru"ya (Belçika) qarşı oynayacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə 22:30-da start veriləcək. Həmin oyun İTV-də canlı yayımlanacaq.

"Sabah"ın qrupdakı digər iki rəqibi isə "Nörçöppinq Delfins"(İsveç) və "Marussi"(Yunanıstan) klublarıdır.

Seçilən
52
sportinfo.az

1Mənbələr