AZ

Yığmamız İngiltərəni 4 qolla darmadağın etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, millimiz İspaniyanın Kadiz şəhərində İngiltərə yığması ilə qarşılaşıb.

Görüş komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Sabir Allahquliyev (2), Orxan Məmmədov və Amid Nəzərov vurublar.

A qrupunda yer alan komandamız oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) ilə üz-üzə gələcək

Seçilən
53
sportinfo.az

1Mənbələr