AZ

HƏMAS komandirinin İsrail ordusunun hava hücumunda öldürüldüyünü təsdiqləyib

HƏMAS hərakatı, komandirlərindən birinin İsrailin İordan çayının qərb sahilinə endirdiyi zərbələr zamanı öldürüldüyünü təsdiqləyib.

APA xəbər verir ki, hərəkatın hərbi qolu olan “İzəddin Əl-Qəssam Briqadaları” İsrailin İordan çayının qərb sahilindəki eyniadlı şəhərdəki Tulkarm qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində komandirlərindən birinin öldürüldüyünü təsdiqləyib.

Onlar həmçinin hava hücumu nəticəsində bundan başqa 7 döyüşçünün də öldürüldüyünü bildiriblər.

Qeyd edək ki, dünən İsrail ordusu HƏMAS-ın Tulkərmdəki qərargahının rəhbəri Zahi Yasir əl-Razake Ufini öldürdüyünü açıqlamışdı.

Bundan əvvəl İsrail Qəzza zolağında HƏMAS-ın bir kilometrlik tunelini partladıb.

Seçilən
4
1
apa.az

2Mənbələr