AZ

Ronaldonun klubu İrana getmək istəmir

Ulduz futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubu Tehranda “İstiqlal”la Asiya Çempionlar Liqası matçını keçirmək istəmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Klubun Yaxın Şərqdəki gərgin vəziyyətə görə təhlükəsizlik baxımından narahat olduğu bildirilir. Ərəbistan təmsilçisi öz oyunçularının təhlükəsizliyini riskə atmaq istəmir.

Klubu hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. 

Qeyd edək ki, “İstiqlal” - “Əl-Nasr” oyununun oktyabrın 22-də keçirilməsi planlaşdırılır.

Seçilən
74
qafqazinfo.az

2Mənbələr