AZ

Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi

“Milan”ın hücumçusu Alvaro Morata Korbetta şəhər merinin hərəkətindən narazı qalıb.

Publika.az xəbər verir ki, ispan Milandan təxminən 25 kilometr aralıda yerləşən bu kiçik şəhərdə məskunlaşmağı planlaşdırırdı. Morata yaxın günlərdə yeni evə köçmək istəyib, lakin bələdiyyə sədrinin sözlərinə görə planlarını dəyişib.

Mer Marko Ballarini sosial mediada “Çempion Alvaro Morata şəhərimizin yeni sakinidir”, - deyə bildirib.

Seçilən
54
publika.az

1Mənbələr