AZ

Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəverib.

Trendmüsahibəni təqdim edir.

-Cənab Prezident və Ali Baş Komandan İlham Əliyev, “TRTHaber”ə xoş gəldiniz. Zaman ayırdığınız üçün təşəkkür edirəm. İşğalaltındakı torpaqlarınızdan bu günədək nə qədəri geri alınıb.Hərəkat bu anda hansı mərhələdədir və planladığınız çərçivədəgedirmi?

-Bəli, hər şey plan üzrə gedir. Bu günə qədər qarşımızda duranbütün vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliyəgedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kəndişğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətlidöyüşlər gedir.

Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi vəCəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümidedirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurlaicra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Biziməsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təminedəcək. Eyni zamanda, bu beynəlxalq qanunlara da hörmət əlamətikimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digərtorpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquqbaxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur.

-Atəşkəs çağırışlarına cavab verərkən heç bir ölkəliderinə zəng etmədiyinizi, sadəcə, danışmaq istəyənlərlə vəziyyətidəyərləndirdiyinizi bildirdiniz. Ermənistanın baş naziri Paşinyanınisə adəti üzrə yalvardığını, bir çox dövlət başçısına zəng etdiyinivurğuladınız. Keçmiş təcrübələriniz əsasında bu dəfə başqaölkələrin atəşkəs çağırışlarının nəticə verəcəyinidüşünürsünüzmü?

-Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günəqədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki,atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələrdavam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyinəsasında davam edəcək, bunlar bizə deyilmir. Biz bu müzakirələrdəartıq 30 ilə yaxındır ki, iştirak edirik və ümidlərlə iştirakedirdik. Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdəiştirak etməzdik. Hər zaman müzakirələr mövcud olan prinsiplərəsasında gedirdi. Bu prinsiplərin arasında Azərbaycanın ərazibütövlüyünün bərpası məsələsi vardır. İşğal altında olan bölgələrinmərhələli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra dasülhün təmin olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünküErmənistan bütün əvvəldən, bəri başdan əldə edilmiş prinsipləripozaraq bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücuməməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü iləazad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsimüzakirə mövzusu ola bilməz. Bizim tələblərimiz var. Mən bunu artıqrəsmən bəyan etmişəm. Bizə çox ciddi zəmanətlər verilməlidir.Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər.Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaqqrafiki, yəni cədvəli bizə verilməlidir, hansı gün hansı bölgədənçıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirikki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun. Bəzivasitəçilər istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həllolunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icraedilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi?Bütün bu suallar havada qalır. Bu suallara cavab yoxdur. Bu günAzərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən,bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki,nəbadə irəliyə getməyin, ara verin. Müharibənin öz qaydaları, özqanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var. Biz araversək, qarşı tərəf toparlanacaq, əlavə qüvvə yığacaq. Onsuz daonların çıxışlarında göstərilir ki, Ermənistanın xaricində yaşayanerməniləri də onlar bu müharibəyə cəlb edirlər. Beləliklə, bumüharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirməkistəyirlər. Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz bunahazırıq. Amma müəyyən şərtlər var ki, onları da mənaçıqlamışam.

-Açıqlamısınız. Zəmanət verilirsə dediniz, hansızəmanəti nəzərdə tutursunuz?

- Birinci zəmanət. Ermənistanın baş naziri bir il bundan əvvəlbizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”,Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki,Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünəhörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə,hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minskqrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbiiki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yoluilə həll olunacaq, Azərbaycan xalqı öz doğma torpaqlarınaqayıdacaq. Amma biz bilməliyik ki, bu, nə zaman olacaq. Çünki biz30 ildir ki, gözləyirik, 30 il bizə verilən vədlər, deyilən sözlərhəyatda reallaşmır, gerçəkləşmir. Azərbaycan xalqı artıq buna dözəbilmir, Azərbaycan dövləti dözə bilmir. Bizə konkret, real tarixdeyilməlidir ki, onlar nə zaman hansı bölgədən çıxacaqlar.

-İndi dediyiniz 30 il ərzində bu günə qədər bir çox sözverildi. Bundan sonra veriləcək sözə necəgüvənəcəksiniz?

-Elə onun üçün mən söyləyirəm ki, sözdən başqa, bizə konkrettarix verilməlidir. Əgər o tarixdə, - bilmirəm veriləcək,verilməyəcək, - veriləcək tarixdə Ermənistan silahlı qüvvələribəlli olan bölgələrdən çıxmazsa, o zaman biz də atəşkəsə riayətetməyəcəyik.

-Qarşıdurmalar daha böyük müharibəyə, böyük regionalböhrana yol aça bilərmi? Narahatlığınız varmı?

-Bunu onsuz da Ermənistan istəyir. Onların çirkin əməlləri bunahesablanıb. Biz hesab edirik ki, buna yol vermək olmaz. Bu müharibəAzərbaycanla Ermənistan arasında olan müharibədir. Bu müharibənibiz başlamamışıq. Biz bu müharibənin səbəbkarı deyilik. Biz, sadəcəolaraq, özümüzü müdafiə edirik və öz torpaqlarımızı geri istəyirik.Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur. İyul ayındaErmənistan-Azərbaycan sərhədində ermənilər tərəfindən başlananqarşıdurmalar nəticəsində Azərbaycan Ordusu Ermənistan torpağınakeçmədi, halbuki ora keçə bilərdik. Onlara çox güclü zərbələrendirdik və onlar da geri çəkildi. Bizim qarşımızda heç bir maneə,heç bir əngəl yox idi. Biz onu etmədik. Çünki mən söylədim ki,bizim Ermənistan Respublikasının torpaqlarında hər hansı bir hərbihədəfimiz yoxdur. Ermənistan isə bu gün Azərbaycana Ermənistanərazisindən hücum edir. Bax, dünən Gəncəyə zərbələr Ermənistanərazisindən vuruldu, Mingəçevirə zərbələr vuruldu. Bizim oradaböyük stansiyamız var. Mərmilərdən biri stansiyanın yanına düşdü.Doğrudur, onların mərmiləri elə mərmilərdir ki, - siz mühümmatdeyirsiniz mərmilərə, - onların bəziləri partlamadı. Bəzilərini isəbizim hava hücumundan müdafiə qurğularımız havada məhv etdi. Onlarbizi bu təxribata çəkirlər ki, biz də Ermənistana hücum edək,Ermənistana zərbələr endirək. Ondan sonra da çıxıb bütün dünyayadesinlər ki, Azərbaycan bizə hücum edir, gəlin Ermənistanı xilasedin, yəni Ermənistan canını qurtarır.

-Ermənistanın beynəlxalq hüquqla çərçivələnmişsərhədlərində bu hücumlar davam edərsə, vaxt gələrsə, yenə bugünkümövqeyinizi qoruyacaqsınız, yoxsa..?

-Bunu demək hələ tezdir. Biz qarşıdurmaların gedişinə baxacağıq.Hər halda, bizə vurulan hər bir zərbənin mənbəyi bizim üçün qanunihədəfdir, legitim hədəfdir. Biz bu hədəfləri vurmağa məcburolacağıq. Bu gün Azərbaycan Ordusu yalnız hərbi hədəfləri vurur.Bu, videogörüntülərdə artıq hər kəs üçün aydındır, hər kəs bunugörə bilir. Biz yalnız Ermənistanın işğalçı ordusuna qarşıdöyüşürük. Mülki əhaliyə qarşı heç vaxt döyüşməmişik. Bu gün dəetmirik və etməyəcəyik.

- Qaşaltı Qaraqoyunluda gördüm, ikisi uşaq olmaqla, beşAzərbaycan vətəndaşı qətlə yetirildi. Azərbaycan Ordusunun 27sentyabr erməni hücumlarına cavab verməsi ilə başlayan hərəkatınson hədəfi artıq bəllidir: Dağlıq Qarabağın Ermənistanın işğalındanqəti şəkildə azad edilməsi, təmizlənməsi, boşaldılması. Siz ilkgündən etibarən dediniz ki, bundan sonra döyüşlər ancaqAzərbaycanın işğal altındakı torpaqlarından Ermənistanınqeyd-şərtsiz çıxması ilə dayandırılacaq. Hələ də eyni mövqedəsiniz,düzgünmü anlayıram?

-Bəli, mənim mövqeyimdə hər hansı bir dəyişiklik yoxdur. Biz buməsələni tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət onudeyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır və bütün tarixisənədlər, bütün tarixi abidələrimiz bunu göstərir. Eyni zamanda,biz həmişə müzakirə masasında çox müsbət davranış nümayişetdirmişdik və müzakirə masasında olan təkliflər də bu məsələninhəllini mümkün edir. Orada göstərilir ki, mərhələli həll olmalıdır.İlk mərhələdə ermənilər beş bölgədən çıxır, sonrakı mərhələdə dahaiki bölgədən çıxır, ondan sonra vaxtilə Dağlıq Qarabağınərazisindən qovulmuş azərbaycanlılar Dağlıq Qarabağa qayıdır, ocümlədən Şuşaya qayıdır, iki toplum çərçivəsində artıq həyat bərpaedilir, Ermənistan-Azərbaycan arasındakı sərhəd açılır, ticarətbaşlanır, ondan sonra insanlar bir-biri ilə təmasa girirlər vəbeləliklə, sülh gələcək. Yəni bu, bizim mövqeyimizdir və bu,beynəlxalq vasitəçilərin, həmsədrlərin də münasibətidir. Ermənistanbunu qəbul etmir. Bundan əlavə Ermənistanın müdafiə naziri bir neçəay öncə demişdir ki, biz yeni torpaqlar uğrunda yeni müharibəyəbaşlamalıyıq.

-Qısa adı ATƏT olan Avropada Təhlükəsizlik və ƏməkdaşlıqTəşkilatının Minsk qrupunun 3 həmsədr ölkəsi var – AmerikaBirləşmiş Ştatları, Rusiya və Fransa. Sizə atəşkəs çağırışıetdilər. Cavabınız dəyişdimi? Şərtiniz yerinə yetirilmədiyitəqdirdə, yəni işğal altındakı torpaqlardan ermənilərinçəkilmədikləri müddətdə hər hansı atəşkəs ehtimalıvarmı?

-Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Mən bunusizə bu gün bir daha dedim. Hətta biz ona da hazırıq ki, əgər bizəerməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləriverilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar. Amma onu dabilməliyik ki, atəşkəsi bərpa etmək o qədər də asan məsələ deyil.Çünki atəşkəs birtərəfli bərpa edilmir və bu anda çox ciddişiddətli döyüşlər gedir. Hər iki tərəf yerlərdə olan əsgər vəzabitlərə təlimat verməlidir. Biri buna əməl edəcək, o biri əməletməyə bilər. Yəni o, çox çətin bir prosesdir. Ancaq əgər o çıxmatarixi bizə verilərsə təbii ki, biz bu təlimatı verəcəyik. O zamanMinsk qrupunun həmsədrləri və digər ölkələr, mümkün olan ölkələrbuna qoşularsa, atəşkəs bərpa oluna və beləliklə, bu döyüşlərə sonqoyula bilər.

-Mümkün olan ölkələr deyərkən nəyi nəzərdətutursunuz?

- Türkiyəni. Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyükpotensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanınqonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə təbii ki, Türkiyəbu işlərdə fəal olmalıdır və mən fürsətdən istifadə edərək, bizimbütün türk qardaşlarımıza öz adımdan, Azərbaycan xalqı adındantəşəkkürümü bildirmək istəyirəm, başda əziz qardaşım, cənabPrezident Rəcəb Tayyib Ərdoğan olmaq şərtilə. Türkiyənin ilksaatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcəöz qardaşlarına verilən dəstək deyil. Odur ki, biz - bütünAzərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq. Eynizamanda, bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçünTürkiyənin qəti münasibəti çox önəmlidir. Çünki Türkiyə dedi ki,biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq.Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədirvə bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundansonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır. Təbii ki, sülhprosesi başlanacaq, müharibə daim aparıla bilməz və bu, nə qədərtez olsa, o qədər də yaxşıdır. Məhz, bizim fikrimiz bundanibarətdir və beləliklə, artıq bu bölgədə uzunmüddətli dayanıqlısülh təmin edilə bilər.

-Cənab Prezident, Minsk qrupunun həmsədrləri deyərkənFransanı ayrı bir yerə qoyursunuz.

- Fransa özünü ayrı yerə qoyur, mən qoymuram. Bütün prosesdə bizhəmsədrlərə eyni gözlə baxmışıq və mən dəfələrlə rəsmi çıxışlarımdademişdim ki, hər bir ölkə ilə Azərbaycanın ayrı münasibətləri var,təbii ki, bu münasibətlərin səviyyəsi fərqlidir. Amma, eynizamanda, bu məsələdə biz bu ölkələri bir-birindən ayırmırıq və buölkələr deməliyəm ki, bütün proses boyunca son olaylara qədər vahidbir mövqedən çıxış edirdi, bitərəf idi, yəni tərəf tutmurdu.Halbuki biz bilirdik ki, bəlkə də bunların ürəyində tərəftutma var.Bu da təbiidir. Amma rəsmi addımlarda və bizimlə təmaslarda heçzaman bunu göstərmirdilər.

- Fransa Prezidenti Makronu üzr istəməyə dəvətetdiniz.

- Bəli, təbii, çünki bizə qarşı ittiham irəli sürdü. Olmayanşeyləri üstümüzə atdı. Bu, bizim ölkəmiz üçün qəbuledilməzdir.

-Hansı ittihamları?

- Deyib ki, Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçularıgətirib. Onun açıqlamasında bu, var. Ondan sonra bir açıqlamasındademişdir ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və bizbuna icazə vermərik”. Dağlıq Qarabağ bizim torpağımızdır. Birdövlət öz torpaqlarını fəth edə bilərmi? Yəni, həmsədr bilmirmi ki,bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixiabidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimiziyerlə-yeksan ediblər. Ağdamın, Füzulinin görüntülərinə baxın. Bizimyarıdağılmış məscidlərimizdə donuz, inək saxlayır. Bütünmüsəlmanları təhqir edir. Görmürlərmi bunu? Ona görə “AzərbaycanDağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”sözləri qəbuledilməzdir. Ona görə Fransa özü-özünü artıq bu bərabərüçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik.

-Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasınınbu məsələ ilə bağlı tarixi qərarları var.

-Təbii, özü səs vermişdi. Özü 1993-cü ildə səs vermişdi, yəni özsəsinə hörmət etsin.

- İcazənizlə, daha bir neçə sualım olacaq. İstər cəbhəxəttinə uzanan quru yolları üzərində, istər olduğumuz şəhər vəkəndlərə baxdığımızda, istərsə də paytaxt Bakıda dünən axşam gördükki, Azərbaycan bayrağının yanında Türkiyənin bayrağı dalğalanır.Evlərdə, iş yerlərində, avtomobillərdə, hər yerdə. Türkiyədə dəbənzər bir mənzərə var, bəlkə xəbərlərdə görmüsünüz. Cəbrayıldakızəfərdən sonra Türkiyənin dörd bir yanında küçələrə axışıb qardaşAzərbaycana böyük dəstək nümayişləri var idi.

-Doğrudur. Biz qürur duyuruq. Bu, təbiidir. Bizim qardaşlığımızəbədidir və bizim qardaşlığımız bütün sınaqlardan keçib. Bilirsinizki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələriüçün örnəkdir. Mən dəfələrlə bu mövzu ilə bağlı öz sözlərimidemişdim. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanlatəşkil olunan birgə mətbuat konfranslarında dəfələrlə demişəm ki,bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinəyaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi.Bu, ürəkdən gələn duyğulardır. Bizim birliyimiz bizim tariximizəəsaslanır, ortaq etnik köklərə, dilimizə, dinimizə, qardaşlığımızaəsaslanır. Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki,biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycanbirliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda həryerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizibir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onugöstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyəolmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentininçox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıqoldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyəyanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütünmövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik vəbizim birliyimiz əbədi olmalıdır.

- Bu arada, Pakistanı da xatırlatmaq istəyirəm. Onlarında bayraqlarını hər bir yerdə görürəm. Rusiya harada durur Sizcə?Çünki Rusiya xüsusi bir önəmə sahibdir.

- Mən fürsətdən istifadə edərək, bizim digər dost-qardaşölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizəikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstanoldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi.Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümübildirirəm. Bu çətin dönəmdə təbii ki, onların həmrəyliyi, dəstəyibizim üçün çox önəmlidir və bizə mənəvi güc verir.

Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətlərimiz uğurlainkişaf edir. Bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycanarasındakı münasibətlər çox yüksək səviyyədədir. Hər iki ölkə bumünasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır vəbu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır. Bu məsələilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır.Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləməkmüzakirə mövzusu deyil. Halbuki Ermənistan buna çox ümid edirdi.Ermənistanın bu toqquşmanı bölgənin xaricinə çıxarmaq məqsədi dəRusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırdaErmənistan ərazisindən niyə hücum edir? Məhz ona görə ki, biz dəhücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyiKollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin baş katibliyinəmüraciət etsin və desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizəyardım edin. İyul ayında, niyə onlar bu təxribatıErmənistan-Azərbaycan sərhədində törətdilər? Tovuz Qarabağbölgəsindən uzaq məsafədə yerləşir. Orada onların hansı hədəflərivar idi - bir hədəfi ki, biz hücum edək, biz dövlət sərhədinikeçək, - mən dedim bizdə belə bir fürsət var idi, - və ondan sonramüraciət etsin o təşkilata ki, gəlin bizimlə bərabər Azərbaycanaqarşı vuruşun. Yəni, Rusiyanı bu işlərə cəlb etmək istəyir və bu,növbəti təxribatdır, mən əminəm ki, buna müvəffəq olmayacaq.

- İyul ayında Ermənistan Tovuza hücum edərkən daha başqabir şeyi hədəfləmiş ola bilərdimi? Misal üçün, hədəfdə enerjitəhlükəsizliyini zəiflətmək ola bilərdimi? TANAP,Bakı-Tbilisi-Ceyhan xətləri ağlıma gəlir.

- Bəli, təbii ki, o da ola bilərdi. Bir neçə hədəfi var idi.Çünki ondan öncəki dönəmdə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastrukturlayihələrimizi vurmağa hazırdırlar - Səngəçal Neft-Qaz Terminalı vəboru xətti. Ona görə Tovuz bölgəsində hücumun bir məqsədi də o idiki, onlar test edirdilər, haraya qədər girə bilərlər. Çünki oradaonların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycantorpaqlarını işğal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq,yaxud da ki, onu nəzarətə almaq idi. Ancaq bu, alınmayanda geriçəkildilər, bütün vasitəçilərdən imdad dilədilər. Mən də söylədimki, Ermənistan torpaqlarında bizim hədəfimiz yoxdur. Ona görə dördgündən sonra hücum dayandı.

Başqa bir səbəb ola bilər. Mən bununla bağlı öz fikirlərimibildirmişdim. Hazırda Ermənistanda çox dərin böhran yaşanır, həmsiyasi, həm iqtisadi. Bu böhran nəticəsində Ermənistanda siyasiəlaqələr pozulub. Çünki indi Paşinyan hakimiyyəti əsas müxalifətliderlərini həbsə atdırır. Misal üçün, əsas müxalifət partiyasınınsədrini deputat toxunulmazlığından məhrum etdi, həbsə atdı. İkikeçmiş prezidentə qarşı cinayət işi açıldı. Söz azadlığı, sərbəsttoplaşma azadlığı yoxdur. Konstitusiya Məhkəməsini zor gücü iləməhv etdi, öz adamlarını gətirdi. Ona görə Ermənistanın daxilindəartıq çox ciddi bir narahatlıq var. Paşinyan ictimai fikriyayındırmaq üçün bu hücumu təşkil edir. Rusiyanı cəlb etmək,strateji infrastrukturumuzu məhv etmək, daxildəki vəziyyətisabitləşdirmək və Azərbaycan torpaqlarının bir qismini işğal etməkvə ondan sonra müzakirələrdə öz mövqeyini gücləndirmək.

-Hörmətli Prezident, icazənizlə son iki sualımı verməkistərdim. İndi bu cür münaqişə, savaş və böhranların olduğubölgələrdə qara təbliğat da meydana çıxır. Ermənistan hücumlarınıbaşladığı gündən etibarən bu mövzuda - qara təbliğat mövzusunda nəkimi müşahidələriniz oldu. Dəyərləndirmənizi xahiş edəbilərəmmi?

-Bilirsiniz, Azərbaycana qarşı qara təbliğat bir dəqiqə, birsaniyə dayanmır. Bunun bir neçə səbəbi var. Birincisi, ermənilobbisi bizə qarşı daim hərəkətdədir. Azərbaycanı qaralamaq, bizimüstümüzə ləkə atmaq, bizim imicimizi korlamaq səyləri dayanmır.Dünyanın bir çox ölkələrində erməni lobbiləri var. Bu, heç kəs üçünsirr deyil. Müntəzəm olaraq mütəmadi qaydada bizə hücum edirlər.Olmazın yalanlarını, iftiralarını uydururlar. Bu münaqişə dönəmindətəbii ki, erməni lobbisi bütün gücünü səfərbər edib və bizə qarşıyeni qara təbliğat səylərini ortaya qoyubdur. Ancaq bizə yapışmır.Mən demişəm, dəlil verin, sübut verin, fakt verin. O cümlədənFransa prezidentinə, - o mənə telefonla iki dəfə zəng etmişdi, -dedim ki, fakt verin. Sentyabrın 27-dən artıq 8 gün keçir.

- Makron nə deyir?

- Heç nə demir, deyir ki, bizdə kəşfiyyat məlumatı var. Dedimverin bizə, haradadır bu kəşfiyyat məlumatı? Yoxdur bu, ola dabilməz.

- Sizin kəşfiyyatınız Ermənistanla bağlı nədeyir?

- Hansı mövzuda?

- Əlinizdəki kəşfiyyat materiallarında, Ermənistandakıxarici güclərdən bəhs edilir. Livandan, Suriyadangələn...

-Bizdə təbii ki, belə məlumatlar var və bu məlumatlar əsaslıdır,artıq onlar dəqiqləşdirilir. Biz çox məsuliyyətli dövlət olduğumuzüçün rəsmi bəyanatlarda buna toxunmuruq. Təbii ki, mediada, ondansonra siyasətçilər, politoloqlar arasında belə məlumatlar dolaşır.Amma biz bunu gərək təsdiqləyək. Bizdə əvvəldən kəşfiyyat məlumatıvar idi ki, Dağlıq Qarabağa terrorçular gətirilib yetişdirilir,onlara təlim keçilir.

-Hansı terror qruplaşmaları?

-PKK terror qruplaşmaları. Bu barədə çoxlu məlumatlar var idi.Hələ bir neçə il bundan öncə biz bu məsələni beynəlxalqplatformalarda qaldırırdıq. Onlar təlim alır və istisna edilmir ki,bu gün də var. Sadəcə olaraq, mənim əlimdə yüzdə yüz fakt olandansonra bunu deyəcəyəm. Bu gün ehtimal çox böyükdür. AmmaErmənistandan və bəzi başqa ölkələrdən fərqli olaraq biz 100 faiztəsdiqini tapmamış məlumatı ortaya atmırıq.

Bir misalı da gətirə bilərəm, bizə qarşı iddia qaldırdı ki,Türkiyənin F-16 təyyarəsi Ermənistanın SU-25 təyyarəsini vurdu.Dedim ki, sübut verin. Bizdə məlumat var, bunu bütün bu qaratəbliğatın üzvləri ortaya atdılar. İndi özləri gördülər ki, bu,yoxdur. Amma bir adam bizdən üzr istədimi? Xeyr. Bizə böhtanatdılar, ləkə vurdular, ondan sonra gördülər ki, bu, yalandır. Ammaüzr istə.

-Bəli, silahlı pilotsuz uçuş aparatlarının AzərbaycanOrdusunun sərəncamına verilməsi yanılmıramsa bu hərəkatın gedişinəçox təsir etdi.

- Doğrudur. Bunun çox böyük təsiri var. Maşallah, bu silahlıuçuş aparatları dünyanın ən yüksək səviyyəsində olan aparatlardırvə onların Azərbaycan Ordusunda olması bizim ordumuzu böyükdərəcədə gücləndirmişdir. Bu aparatlar bizə böyük imkanlar yaratdıvə eyni zamanda, canlı qüvvə itkisinin çox da böyük olmamasınagətirib çıxardı. Çünki əgər bu imkanlar bizdə olmasaydı,Ermənistanın Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda 30 ilərzində qurduğu istehkamları, tankları, topları, yaylım atəşqurğularını məhv etmək daha çətin ola bilərdi. Daha çox insan həlakola bilərdi. Ona görə bu mükəmməl texnoloji intellektual məhsulTürkiyə xalqının potensialını göstərir. Biz o ölkəyik ki, bizimTürkiyə kimi müttəfiqimiz var. Biz çox xoşbəxt ölkəyik ki, bizimTürkiyə kimi müttəfiqimiz, qardaşımız var. Əlbəttə ki, Türkiyəninbizə göstərdiyi mənəvi dəstək, eyni zamanda, Türkiyə müdafiəsənayesinin məhsullarının bizdə olması bizi gücləndirir və bunubütün dünya görür. Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur.Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü,hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modeliniqururuq və inşallah bərabər quracağıq. Bizim də qarşımızda bölgədəheç kim dura bilməz. Bizim və Türkiyənin işi haqq işidir. Bizözümüzü müdafiə edirik, öz vətəndaşlarımızı müdafiə edirik, özərazi bütövlüyümüzü saxlamaq istəyirik. Bizim başqa ölkənintorpağında gözümüz yoxdur. Amma bizə mənsub olan bizə qalmalıdır.Otuz ildir ki, ermənilər bizim qədim torpağımızı istismar edirlər.İnsanlara o torpaqlara qayıtmağa icazə vermirlər. Beynəlxalqvasitəçilər biganə qalır, məhəl qoymur. Belə olan halda Azərbaycanözü bunu edəcək.

- Gəncəyə hücumda bir erməni vətəndaşınızın yaralandığıməlumatını paylaşdım. Bu arada, cəbhədə gecə və gündüz müşahidəaparmaq imkanımız oldu, komandirlər Sizin onlara telefonla zəngetdiyinizi bizə söylədilər.

- Bəli, təbii ki, bu, Ermənistanın terrorçu ölkə olmasını birdaha göstərir. Yəni, bu Cenevrə Konvensiyasına daban-dabana ziddolan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaqqəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərininiçərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan?Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onlarınqanındadır. Əfsuslar olsun ki, Ermənistanın gənc nəsli də bu nifrətəsasında tərbiyə edilir. Ancaq bu, bizi yolumuzdan döndərə bilməz.Bilirsiniz, Tərtər şəhərini demək olar ki, dağıdıblar. Tərtərşəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar.Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yerəgetməyəcəyik. Nə qədər mərmi düşüb? Gün var idi ki, təkcə Tərtərşəhərinə iki min mərmi düşdü. O da balaca bir şəhərdir, böyük şəhərdeyil.

O ki qaldı mənim komandirlərə telefonla zəng etməyimə, təbii ki,onlar tarixi ədaləti bərpa edirlər. Onlar öz həyatlarını riskaltında qoyurlar. Onlar qəhrəmandırlar və onlar torpaqlarımızıxilas edirlər, azad edirlər, qaytarırlar. Madagizin işğaldan azadedilməsi çox böyük strateji önəm daşıyır. Qəsəbə o qədər böyükolmasa da, bunun strateji önəmi çox böyükdür. Oranı götürmək çoxçətin bir işdir. Bunu hər bir hərbçi deyər. İnanılmaz çətin birişdir. Amma o götürüldü, Madagizdə indi Azərbaycan bayrağıqaldırıldı və həmin gün o qəsəbəyə tarixi adı qaytarıldı –Suqovuşan. Bu, bizim tarixi adımızdır.

Cəbrayıl şəhərini götürmək böyük qəhrəmanlıq tələb edir. Çünkibir daha demək istəyirəm ki, bu 30 il ərzində, atəşkəs rejimidönəmində orada bir neçə xətt istehkam quruldu, özü də çox möhkəm.Bir də ki, o bölgənin relyefi də təbii istehkamdır. Yəni, DağlıqQarabağ dağlarda yerləşir. Yəni, biz aşağıdan yuxarıya gedirik.Bunun nə qədər çətin olduğunu hər kəs anlayar. Ona görə Azərbaycanəsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarətgöstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir.İnşallah sona qədər irəliyə gedəcəyik.

-Qarabağ, işğal edilən torpaqlar yenidən Azərbaycanaqaytarılandan sonra orada yaşayan ermənilərə nədeyəcəksiniz?

-Mən artıq öz sözümü dedim. Mən bir neçə gün bundan öncə bizimyaralı əsgərlərimizin yanına getdim, hərbi hospitalda onlarlagörüşdüm. Onlara təşəkkürümü bildirdim və eyni zamanda, onlarlagörüş əsnasında erməni xalqına müraciət etdim. Anlayırdım ki,onların yanında bunu demək o qədər də asan deyil, çünki onlarermənilər tərəfindən vurulub. Amma dedim ki, bizim erməni xalqı iləişimiz yoxdur. Erməni xalqı öz hökumətini məsuliyyətə cəlbetməlidir. Öz hökumətinin yarıtmaz, çirkin siyasətinin nəticəsindəbu döyüşlər baş verdi. Bizim mövqeyimiz dəyişməzdir. Torpaqlarımızazad olunandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağdayaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar bir yerdəyaşayacaqlar. İki toplum çərçivəsində, bir ölkə ərazisində. Bu günAzərbaycanda minlərlə erməni var. Siz də qeyd etdiyiniz kimi,Gəncədə Ermənistanın hücumu nəticəsində yaralanmış insanlardan biridə milliyətcə ermənidir. Burada ermənilər yaşayır. Onlara söz deyənyoxdur. Onlar bizim vətəndaşlarımızdır. Bizim erməni xalqı ilə heçbir problemimiz yoxdur. Erməni xalqı öz hakimiyyətinin əsiridir.Təəssüflər olsun ki, Paşinyan hakimiyyəti iqtidara gələndə çoxvədlər verdi. Biz də ümid edirdik ki, artıq o köhnə kriminal rejimtarixə atıldı. Amma bunun yerinə yeni rejim gəldi, o rejim ki,artıq öz xalqını bəlaya saldı. O rejim ki, indi bizim mülkiinsanlarımızı, əsgərlərimizi öldürür. Mən tam əminəm ki, erməni vəAzərbaycan xalqları barışacaq. Bu gün bir çox ölkələrdə ermənilərvə azərbaycanlılar bir yerdə yaşayırlar. Gürcüstanda, orada 300minə yaxın azərbaycanlı, 200 minə yaxın erməni var. Bəzən onlar birkənddə yaşayırlar. Onların arasında problem yoxdur. Türkiyədə,Rusiyada, - Rusiya vətəndaşı olan azərbaycanlıların sayı 700 minəyaxındır, - bir yerdə yaşayırlar. Heç bir problem yoxdur. Nə üçünburada yaşamasınlar? Onsuz da yaşayıblar bir yerdə. Mənimxatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa -Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı.Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairlərişeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O birdostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir.Bizim Bakı şəhərində ermənilər yaşayırdı. Yəni bizim heç birproblemimiz yox idi. Biz istəyirik ki, yenə də birlikdə yaşayaq.Yenə də Ermənistanla yaxşı qonşular kimi yaşayaq. Dağlıq Qarabağdayaşayan ermənilər bizim vətəndaşlarımızdır. Biz onları belətanıyırıq. Ümid edirəm ki, bu işğalçı siyasətə son qoyulandan sonrabizim xalqlarımız barışacaq.

-Mərhum atanızın sizə Dağlıq Qarabağla bağlı vəsiyyətiolubmu, olubsa nə idi?

-Atamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davametdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur. Mən ilkdəfə prezident seçiləndə andiçmə mərasimində dedim ki, HeydərƏliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolunAzərbaycan üçün yeganə yol olduğunu demişdim. Bütün sahələrdə -istər xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, ocümlədən Dağlıq Qarabağ məsələsində bu yola sadiqəm. Çünki ona datəzyiqlər olmuşdur. Onun dövründə də təzyiqlər olmuşdu ki, DağlıqQarabağa müstəqillik verin, Dağlıq Qarabağ sizdən ayrıldı, sizdənqopdu. O, təzyiqlərə tab gətirdi, dözdü. Azərbaycan xalqınınmaraqlarına zidd olan heç bir sənədə qol qoymadı. Çünki oxalqımızın Lideri idi. Qarabağ məsələsində mənim də mövqeyimdə heçvaxt tərəddüd olmamışdır. Mən 17 il bundan əvvəl nəyi demişəmsə, bugün də deyirəm - Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanınərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəmki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətiyaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzübərpa edəcəyik. Biz buna yaxınlaşırıq.

-Bir millətin iki dövlətindən Azərbaycanın Prezidenticənab İlham Əliyevə çox təşəkkür edirəm. Belə bir vəziyyətdə,müharibə şəraitində bizi qəbul etdiniz. Bir Ali Baş Komandanolaraq, sağ olun.

-Mən təşəkkür edirəm və şadam ki, bizim söhbətimizin sonunda sizatamın çox məşhur kəlamını yada saldınız, Heydər Əliyevinsözləridir və indi bütün Türkiyə-Azərbaycan üçün bir işıq yoludur -Bir millət, iki dövlət. Türkiyə-Azərbaycan - tək millət, ikidövlət.

- Çox təşəkkür edirəm.

-Sağ olun. Təşəkkürlər.

Zəfər
Zəfər
Məqalədə:
Seçilən
158
3
az.trend.az

4Mənbələr