AZ

Monteneqroda insan alveri ilə məşğul olan 13 nəfər həbs edilib

Monteneqroda

Podqoritsa, 5 oktyabr, AZƏRTAC

Monteneqroda insan alveri ilə məşğul olan və dəstə üzvü olmaqda şübhəli bilinən 13 nəfəri həbs edilib.

AZƏRTAC xəbər verir ki, hüquq-mühafizə orqanları Pakistan, Banqladeş, Hindistan, Nepal və Suriyadan olan 352 nəfəri Monteneqroya qaçaqmalçılıq yolu ilə gətirməkdə şübhəli bilinən 13 insan alverçisinin həbs edildiyini açıqlayıb. Əməliyyat Bosniya və Herseqovina ilə sərhədə yaxın yerləşən Plyevlya şəhərində keçirilib, saxlanılan üç nəfərin dəstə başçıları olduğu bildirilib.

Qeyd edək ki, ötən ilin iyul ayından Monteneqroda qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün sərhəddə polislə yanaşı, Avropa sərhədlərinin mühafizəsi agentliyinin (“Frontex”) əməkdaşları da xidmət aparır. Cari ilin ilk 8 ayında Monteneqroya 2192 qanunsuz miqrantın daxil olduğu bildirilib. Monteneqro Avropada Balkan miqrant marşrutunun əsas hissəsidir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Seçilən
69
2
azertag.az

3Mənbələr