Bakı. Trend:
Böyük Britaniya hökuməti çarter reysləri ilə Livandan 250vətəndaşını təxliyə edib.
Trend-inKrallığın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadənverdiyi məlumata görə, sonuncu - dördüncü reysin oktyabrın 6-daBeyrutdan uçması planlaşdırılır.
Xarici İşlər Nazirliyi ölkədə qalan britaniyalıları təciliolaraq əlaqə saxlamağa və bazar günü uçuşdan yararlanmağaçağırıb.