AZ

Bu ölkə Livandan 250 vətəndaşını təxliyə etdi

Böyük Britaniya hökuməti çarter reysləri ilə Livandan 250 vətəndaşını təxliyə edib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, sonuncu - dördüncü reysin oktyabrın 6-da Beyrutdan uçması planlaşdırılır.

Xarici İşlər Nazirliyi ölkədə qalan britaniyalıları təcili olaraq əlaqə saxlamağa və bazar günü uçuşdan yararlanmağa çağırıb.


Seçilən
6
2
news24.az

10Mənbələr