AZ

Xızıda baş verən dəhşətli avtomobil qəzasında ölənlərin kimliyi məlum oldu

Xızı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin kimliyi məlum olub.

“Report”un xəbər verir ki, 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə və 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov baş verən hadisə nəticəsində həyatını itirib.

Xızı rayonunun Yaşma qəsəbəsində iki nəfərin ölümü və üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “BMW X5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (qadın, şəxsiyyəti dəqiqləşdirilir) ölüb.

Qeyd edək ki, qəza nəticəsində daha iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisənin səbəbi araşdırılır.

Seçilən
4
9
editor.az

10Mənbələr