AZ

Suriyada ABŞ bazasına raket hücumu oldu

İranın dəstəklədiyi qruplar Suriyanın Deyr əz-Zor bölgəsində ABŞ qüvvələrinin bazasına raketlərlə hücuma cəhd edib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, Deyr əz-Zorda Fərat çayının qərb sahilində yerləşən Haşşam və Murat kəndlərindəki İranın dəstəklədiyi qruplar axşam saatlarında ABŞ qüvvələrinin yerləşdiyi Koniko bölgəsindəki bazaya hücum etməyə cəhd edib.

    Bazadakı hava hücumundan müdafiə sistemləri raketləri hədəflərinə çatmamış məhv edib.

    Hadisə ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib. ABŞ ordusunun Haseke və Deyr əz-Zor əyalətlərindəki bazaları tez-tez raket və kamikadze PUA-ların hədəfi olur.

    Seçilən
    1
    3
    bakivaxti.az

    4Mənbələr