AZ

Zərdabda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zərdabda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Ensar Cəfərov saxlanılıb. Onun üzərindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.
Araşdırmalar zamanı E.Cəfərovun sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunduğu və narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Seçilən
3
28
oxu.az

10Mənbələr