AZ

Cerrard “Liverpul”un ən yaxşı oyunçusu sayıldı

Stiven Cerrard “Liverpul”un XXI əsrdə ən yaxşı futbolçusu sayılıb. Msport.az xəbər  verir ki, belə bir sorğunu “goal” portalı keçirib.

İngiltərə millisinin sabiq üzvü 1998-2015-ci illər aralığında “Liverpul”un şərəfini qoruyub. O, “qırmızılar”ın heyətində 11 titul qazanıb.

Sorğuda 2-ci yeri misirli hücumçu Muhammed Salah tutub. Uruqvaylı forvard Luis Suares isə 3-cü olub.

4-cü sırada Vircil van Deyk, beşdə isə braziliyalı qapıçı Alison Beker qərarlaşıb.

 

 

Seçilən
17
msport.az

1Mənbələr